Azərbaycan Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” mövzusunda sərgi keçirilib. Sərgi Mədəniyyət Nazirliyi və Belarus Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Nesvij Muzey-Qoruğu tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 23 planşetdən ibarət sərgidə muzey-qoruğun yerləşdiyi Nesvij qəsrinin XVI-XVIII əsrlərə aid eksteryer və interyerlərinin təsvirləri, sərgi salonlarının fotoşəkilləri təqdim olunub, həmçinin videoçarx nümayiş etdirilib.
Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan “Saray ziyafətləri ənənələri” adlı ekskursiya təşkil olunub. Proqramda saray qəbullarının tərkib hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovunun təşkilinin xüsusiyyətləri, intellektual əyləncələr və oyunlar kimi mövzulara toxunulub.
Litva Böyük Hersoqluğunun varlı Radzivil ailəsinin iqamətgahı kimi xidmət edən Nesvij qalası intibah gözəlliyi, barokko dinamikası və klassik nizamın ahəngdar birləşməsinin parlaq nümunəsidir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu görkəmli memarlıq abidəsini haqlı olaraq həm Belarus, həm də bütün Avropa mədəniyyətinin canlı ensiklopediyası hesab etmək olar. Onun tərkibinə təkcə qalanın özü deyil, həm də müdafiə istehkamları və böyük park kompleksi daxildir. Bu gün Nesvij qəsri və onun təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır.
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç jurnalistlərlə söhbətində qeyd edib ki, bu mədəni hadisə iki xalq arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi yolunda mühüm addımdır.
“Xüsusi məmnuniyyətlə qeyd edirəm ki, biz bir daha bizi mədəni məkanda birləşdirən, həm də qarşılıqlı hörmət və dialoq işinə xidmət edən təşəbbüsü həyata keçiririk”, - deyə o vurğulayıb. - Nesvija həsr olunmuş sərgi, şübhəsiz ki, əməkdaşlığımızın xəzinəsinə daha bir mühüm töhfə olacaq”.
Dmitri Pineviç həmçinin xatırladıb ki, sərgi iki ölkənin mədəniyyət nazirlikləri arasında mövcud saziş çərçivəsində keçirilir və bu ilin payızında Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyinə ümidvar olduğunu bildirib.
“Biz gözləyirik ki, bu, mədəni əlaqələrimizin davamlılığı və dinamizminin daha bir bariz göstəricisi olacaq”, - deyə diplomat sözünü yekunlaşdırıb.
Daha sonra söhbəti davam etdirən Belarusun “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktorunun birinci müavini Nataliya Jerko vurğulayıb ki, muzey Azərbaycanda yeni sərgilərin keçirilməsi imkanını nəzərdən keçirir.
“Biz istərdik ki, azərbaycanlı həmkarlarımızla birgə layihələr həyata keçirək, təkcə sərgi layihələri deyil, həm də elmi fəaliyyət, seminarlar, konfranslar çərçivəsində əməkdaşlıq edək”, - deyə o qeyd edib. - Biz çox şadıq ki, yeni tərəfdaşlıqlarımız, yeni tanışlıqlarımız olur, qarşılıqlı fəaliyyətin sərhədləri genişləndirilir”.
Nataliya Jerko, həmçinin bildirib ki, muzey bundan sonra da Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə layihələr üçün yeni imkanlar axtaracaq.
Sərgi 2025-ci il iyunun 15-dək açıq olacaq.






- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib