XƏBƏRLƏR
MƏLUMAT
"Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 09:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar  "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, 52 nömrəli  tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları öncə Mərkəzin foyesində rəsm sərgisi ilə tanış olublar. Mərkəzin ekspozisiya zalında qonaqlara Ulu Öndərin həyatının və ictimai – siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin siyasi irsini əks etdirən eksponatlar  haqqında ətraflı məlumat verilib.

Daha sonra “Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafında rolu” mövzusunda mühazirə dinlənilib. 

Çıxış edənlər görkəmli ədiblərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla zəngin muzeylər haqqında ətraflı məlumat veriblər.

Sonda  muzeylərin  fəaliyyətindən bəhs edən videosüjetlər təqdim olunub.

Baxış sayı: 27