XƏBƏRLƏR
MƏLUMAT
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2025 15:41

İyunun 1-də Şuşada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 300 üzvü ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.

Festivalda, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak edəcəklər.

Layihə çərçivəsində qonaqlar mayın 26-dan iyunun 2-dəl ekskursiyalarda da iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.

Ətraflı məlumatı sosial media səhifələrindən əldə etmək olar:

https://www.facebook.com/shushafestivali/

https://www.instagram.com/shushafestivali

Baxış sayı: 27