XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 118 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2025 14:48

Həqiqət Rzayeva Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. “Damğa” adlı satirik teatrında, Opera və Balet Teatrında, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində işləyib. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Həmçinin “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub.

Həqiqət Rzayeva 1969-cu ildə vəfat edib.

 

Baxış sayı: 35