XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 12:21

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhəri Lənkəran Dövlət Dram Teatrında H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Kilimarası” kukla teatrının “Cırtdan” tamaşası, Bakı Uşaq və Gənclər Teatrının “Tamaşa” adlı monotamaşası nümayiş etdiriləcək.

“Cırtdan” tamaşasının rejissoru Rəşad Yaqubov, “Tamaşa” adlı monotamaşanın rejissoru isə Əməkdar artist İntiqam Soltandır.

Tədbirin əsas məqsədi teatrların cəmiyyətdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamasıdır.

Baxış sayı: 22