XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2025 09:40

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Cəfər Namiq Kamala həsr olunmuş "Maşallah, 75 də gəldi" adlı yubiley tədbiri keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, İlham Rəhimli, teatrşünas Çingiz Ələsgərli, telejurnalist-dramaturq Ülviyyə Heydərova və başqaları Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, teatr səhnəsində yaratdığı obrazlardan, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən danışıblar.

Baxış sayı: 29