İyirmi üç ildir İlyas Əfəndiyev cismən aramızda yoxdur. Amma yazdıqları əsərləri, səhnələşdirilən pyesləri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı onu daha yaxından tanıyır, onu yenidən kəşf edir. Həqiqətən də, böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.
İlyas Əfəndiyevin xatirə günü ərəfəsində AZƏRTAC onun ömür yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən ulu öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açıb. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atasına “kulak” damğası vurulub.
1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri - “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc edilib.
İlyas Əfəndiyevin “Kənddən məktublar” (1939) kitabı sonralar məşhurlaşacaq 60-cı illər ədəbiyyatı üçün bir cığır açıb. O, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər nəsr, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib. İlyas Əfəndiyev sovet dövründə hakim ideologiyanı tərənnüm etməyib, adi insanların həyatını, məhəbbətini, arzu və istəklərini özünəməxsus sadə dillə qələmə alıb.
Ədib “Atayevlər ailəsi”, “İşıqlı yollar”, “Bahar suları”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və digər dram əsərləri ilə “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Həmin dövr Azərbaycan mədəniyyəti tarixində “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilir.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illik yubileyi UNESKO-da təntənəli şəkildə qeyd edilib.
1996-cı il oktyabrın 3-də dünyasını dəyişən yazıçı Fəxri xiyabanda dəfn edilib.
İlyas Əfəndiyevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb, Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif edilib. Yubileyləri dövlət səviyyəsində qeyd olunub. İçərişəhərdəki küçələrdən birinə və “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Ulu Öndərin Sərəncamına əsasən ədibin “Seçilmiş əsərləri”nin yeddicildliyi, Prezident İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb.
Bunlar bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev təkcə öz dövrünün deyil, bütün zamanların yazıçısıdır.
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib