Feminizm və ədəbiyyatda fikir axını texnikası deyiləndə ağla ilk gələnlərdən biri olan Virciniya Vulf 1882-ci ildə Londonda ədəbi tənqidçi ser Lesli Stiven və Culi Dakuortların ailəsində göz açıb. Virciniya onların üçüncü övladları idi.
Yazıçı feminist manifest sayılan “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş zaman yaradın və yazın, kişilər nə deyər deyə düşünmədən, yazın” sözləri ilə Viktoriya dövrü qadınlarının mayakına çevrilib.
Virciniya Vulf yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilib. Bununla da yazıçı qaydalardan və qəliblərdən kənara çıxıb ədəbiyyatda modernist hərəkatın əsas nümayəndələrindən olub.
Güclü şəxsiyyəti, qeyri-adi düşüncələri olsa da, həssas xarakteri onun həyatını qısaldıb. II Dünya müharibəsinin başlamasından dərhal sonra yazıçıda xroniki hala çevrilən sayıqlamalar onun üçün dözülməz həddə çatıb. O, 1941-ci ilin martın 28-də ciblərinə çoxlu daş yığaraq şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına özünü atıb.
İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından biri olan Virciniya Vulf daha çox “Şəxsi bir otaq”, “Mayaka doğru”, “Dalğalar”, “Missis Dallouey” əsərləri ilə tanınır.
Zəkası, xüsusi istedadıyla fərqlənən Virciniya Vulfun “Şəxsi bir otaq” kitabı 1929-cu ildə, İngiltərədə qadınlara seçki hüququ verən qanunun qəbulundan bir il sonra çap edilib. Müəllif əsərdə XVI əsrdən bəri qadının cəmiyyətdəki sosial mövqeyini, ədəbiyyatdakı rolunu araşdırıb, mübahisəyə səbəb olan sualları cavablandıraraq “qadına yazmaq üçün pul və şəxsi otaq lazımdır” qənaətinə necə çatdığını izah edib. Mövzuya ikinci dərəcəli məsələ kimi yanaşmayan yazıçı qadınlara çıxış yolu göstərir: “Sizdən xahiş edirəm, hər növ kitablar yazın. Heç bir mövzudan çəkinməyin...”
XX əsrin ən böyük sənət nümunələrindən biri hesab olunan Virciniya Vulfun “Mayaka doğru” romanı 1927-cı ildə nəşr olunub. Əsərdə oxucunun, qəhrəmanların daxili dünyalarını kəşf etməsi üçün özünəməxsus üsuldan istifadə edilib, daha çox müasir bədii üsluba üstünlük verilib. “Mayaka doğru” bir vaxtlar bir ailənin tətil vaxtlarının, valideynlik və uşaqlıq mərhələlərinin, kədər, zülm və iztirabın canlı müşahidə əsasındakı təsviridir.
Modernist romanın məşhur müəlliflərindən olan Virciniya Vulf özünün şedevrini "Missis Dellouey" əsərini müəllimlərindən öyrəndiyi ("Şüur axını" termini Amerika filosofu Uilyam Ceymsə aiddir) "şüur axını" metodu ilə yazıb. İnsan beyni eyni vaxtda birdən çox düşüncəylə məşğul ola, zehnində eyni vaxtda keçmişi və indini birləşdirə bilir. Eyni anda fərqli düşüncələri, fərqli zamanlara aid hadisələri ifadə etmək ehtiyacından şüur axını metodu yaranıb.
Qeyd edək ki, romanı yazmaq yazıçıya heç də ruh yüksəkliyi gətirməyib. Əksinə olduqca ağır depressiya təkrarlamasıyla, özünün də dediyi kimi, bəzən yazmaqda sürətlənib, bəzənsə uzun müddətli heç nə yaza bilməməsinə qədər əzab çəkib.
Ədəbiyyat və feminizm tarixində iz qoyan Virciniya Vulfun zehninə “The hours” filmini izləməklə səyahət etmək olar. Film “Missis Dellouey” kitabı əsasında çəkilib və fərqli dövrlərdə yaşayan 3 qadının bir gününü birləşdirir. Filmdə V.Vulfu canlandıran Nikol Kidman “Oscar” mükafatına layiq görülüb.


- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib