XƏBƏRLƏR
MƏLUMAT
“Çiçək ayın qatilləri” ilin ən yaxşı filmi seçilib
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 14:31

ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçək ayın qatilləri” dramı ilin ən yaxşı filmi seçilib.

AZƏRTAC xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru Martin Scorses isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub.

Müsabiqədə Paul Giamatti “Ən yaxşı aktyor”, Lili Qladstoun “Ən yaxşı aktrisa”, “Anatomy of a Fall” filmi “Ən yaxşı beynəlxalq film” nominasiyaları üzrə mükafata layiq görülüb.

Baxış sayı: 218