XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Ələsgər Məmmədoğlunun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2024 09:23

Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun “Dram və kinoaktyorluğu” fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar", Anar), Milis ("Yaşıl eynəkli adam", V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi", K.Qaldoni), Dəmirqaya ("Topal Teymur", H.Cavid), Narsatan ("Qatarda", İ.Məlikzadə), Gümrah ("Alov", M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ələsgər Məmmədoğlu "Ömrün səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.

2002-ci ildə Ələsgər Məmmədoğlu “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Ələsgər Məmmədoğlu 21 dekabr 2015-ci ildə Bakıda vəfat edib.

Baxış sayı: 254