XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində Fyodor Tütçevin 220 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2023 09:35

Bakıdakı Rus evinin Ədəbi klubunda rus şairi və mütəfəkkiri Fyodor Tütçevin anadan olmasının 220 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.

Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildirilib.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, teatrın solisti Yuliya Heydərova, konsertmeyster Dilara Kərimova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, eləcə də Azərbaycan Dövlət Akademik Teatrının solistləri Firuzə Məmmədova və Georgi Çernoqorovun ifasında Sergey Raxmaninov və Sergey Taneyevin romansları səslənib.

Ədəbi klubunun üzvləri – qiraətçilər Lalə Həsənova, Günatay Hüseynova, Mariya Petriyenko, Zarema Manafova, Olqa Şalayeva, Türkan Bayramzadə, Arzu Manaflı, Bayram Məhərrəmov, Bəhruz Hacıyev, Yelena Paksivato, BMA-nın baş müəllimi Lalə Muxtarova Fyodor Tütçev və Afanasi Fetin əsərlərindən parçalar oxuyub.

Tədbirin aparıcıları rolunda Alyona İnyakina və klubun sədri, şairə Lalə Həsənova çıxış ediblər.

Baxış sayı: 193