XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2024 14:41

İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir nəsrinin tanınmış ədəbi simalarının ispan dilinə tərcümə olunmuş əsərlərini bir araya gətirən “Müasir Azərbaycan nəsri antologiyası” kitabını “Ədəbi nəşrlər” bölməsində yerləşdirib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bölmədəki əsərlər ədiblərin yaradıcılığı haqqında geniş məlumatlarla təqdim edilib.

Kitabın ispan dilinə tərcümə müəllifləri tanınmış ispan filoloqu Fransisko Kapilla Martin, ispan dili mütəxəssisləri Rəhimə Məmmədova və Ramizə Həsənovadır.

Bölmədə Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin, Rafiq Tağı, Afaq Məsud, Etimad Başkeçid, Orxan Fikrətoğlu və İkinci Mahmudun əsərləri yer alıb.

Baxış sayı: 145