XƏBƏRLƏR
MƏLUMAT
"Muğam bir xəzinədir" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2025 15:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Ağaxan Abdullayevin 75 illik yubileyinə həsr olunmuş "Muğam bir xəzinədir" adlı tədbir keçirilib.

Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rəsmilər, Xalq artistinin ailə üzvləri, sənət yoldaşları, tələbələr, qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev, Əməkdar artist İsmayıl Həmidov, bədii qiraətçi Cəbrayıl Qənbər, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əbdüləmi Əliyev, Mədəniyyət Mərkəzinin direktoru Mehriban Qurbanova çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin rolu danılmazdır. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib.

Bədii hissədə Əməkdar artist İsmayıl Həmidov, 2022-ci Televiziya Muğam Müsabiqəsinin qalibi Vüqar Əbilov, Ağaxan Abdullayevin övladları Orxan Abdullayev, Hikmət Abdullayev, qardaşı oğlanları Bəylər Abdullayev, Xanlar Abdullayev, Muradxan Abdullayev çıxış ediblər.

Tədbir iştirakçıları sonda Mərkəzin rəsm dərnəyinin rəhbəri Əbdüləmi Əliyevin rəsmləri ilə tanış olublar .

Baxış sayı: 20