XƏBƏRLƏR
MƏLUMAT
“Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2025 14:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var " layihəsi çərçivəsində tanınmış muğam ifaçısı, Əməkdar artist Babək Niftəliyevlə görüş keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri iştirak ediblər.

Aparıcı sevilən ifaçını təqdim etdikdən sonra həyat və fəaliyyəti haqqında məlumat verib.

Görüşdə Babək Niftəliyev xalq mahnıları, təsnif və muğamlarla çıxış edib, tamaşaçıların ona ünvanlanan suallarını cavablandırıb.

Baxış sayı: 30