XƏBƏRLƏR
MƏLUMAT
Hərbi Hissədə bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2025 15:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert keçirilib.

İlk olaraq Azərbaycan Respublikasinin Dövlət Himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, milli həmrəylik – mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılıq, mübarizlik, özünəməxsus ənənələrimizə sadiqlik deməkdir. Vətənini, xalqını sevən hər bir azərbaycanlı öz dövlətini qorumalı, Vətənə böyük məhəbbət və sədaqət nümayiş etdirməlidir.

Daha sonra konsert təqdim olunub. Müğənnilərin çıxışları maraqla qarşılanıb və əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Baxış sayı: 32