Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli sənətkar, Bakı Bələdiyyə Teatrının (BBT) yaradıcısı Amalya Pənahovanın (1945-2018) 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsi keçirilib.
Dekabrın 28-də Heydər Əliyev Sarayında təşkil olunan gecədə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, mədəniyyət nazirinin müavinləri Murad Hüseynov və Fərid Cəfərov, eləcə də tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək aktrisanın sənət yolundan, Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi böyük töhfələrdən danışıb, öz xatirələrini bölüşüblər.
Cavid İmamverdiyevin quruluş verdiyi gecədə A.Pənahovanın tamaşalarda səsləndirdiyi mahnıların lent yazılarının müşayiətində Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi performans böyük maraq doğurub. Xalq artistləri İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Sevda və Elmira Ələkbərzadələr öz ifaları ilə yubiley şöləninə rəng qatıblar.
Xalq artistləri Kazım Abdullayev “Medeya”, Nurəddin Mehdixanlı isə “Tomris” tamaşalarında A.Pənahovanın vaxtilə tərəf-müqabil olduqları hissələri nümayiş etdiriblər. Bundan əlavə, Xalq artisti Hacı İsmayılovla BBT-nin aktrisası Zülfiyyə Qurbanovanın ifasında “Unuda bilmirəm”, Əməkdar artist Elşən Rüstəmovla BBT-nin aktrisası Ülviyyə Rzanın təqdimatında “Təhminə və Zaur” tamaşasından parçalar alqışlarla qarşılanıb.








- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
- 17:04 “Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib
- 15:58 “Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib
- 15:51 “Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib
- 15:21 “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək
- 15:12 Gənclər Kitabxanasında professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:35 Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub
- 09:31 Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
- 17:12 “Ağ atlı oğlan” bədii filmi nümayiş olunub
- 15:29 "Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib
- 11:10 Qəbul tarixi dəyişdirildi
- 09:48 Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır
- 09:42 Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 09:37 Yaradıcı Mərkəz IDDA Awards 2025-də “İlin ekosistem oyunçusu” nominasiyası üzrə I yerə layiq görülüb
- 09:27 Rəşid Behbudovun 110 illiyinə həsr olunan "Səsin rəngi” sərgisi açılıb
- 16:13 Bakı Uşaq və Gənclər Teatrı Ağdamda
- 15:52 Özbəkistan Mədəniyyət Günləri çərçivəsində konsert proqramı təqdim olunub
- 15:07 "Əsrə bərabər suverenlik ili" adlı tədbir keçirilib
- 14:44 17 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru