XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2025 21:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş Xalq artisti Röya Ayxanın iştirakı ilə konsert proqramı təqdim edilib.

Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, zabit və kursantlar iştirak ediblər.

Tədbir öncəsi qonaqlar liseyin nəzdində Heydər Əliyev muzeyi ilə tanış olublar, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı konserti açıq elan edərək, bayramlar münasibətilə hər kəsi təbrik edib, qalib xalqımıza hər zaman birlik və həmrəylik arzulayıb.

Daha sonra Xalq artisti Roya Ayxan konsert proqramı ilə çıxış edərək, sevilən mahnılarını səsləndirib.

Baxış sayı: 29