XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 10:47

Dekabrın 22-də Milli Kitabxanada tarixçi, şərqşünas, akademik Nailə Vəlixanlının anadan olmasının 85 illiyinə həsr olunmuş “Akademik Nailə Vəlixanlı” adlı virtual və “Akademik Nailə Vəlixanlı – 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, Azərbaycan tarixinə dair elmi tədqiqatları, sanballı monoqrafiyaları, elmi redaktoru, tərtibçisi olduğu kitablar, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Baxış sayı: 23