XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/12/2025 17:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində Xalq rəssamı, Azərbaycan karikatura və kitab qrafikası sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 145 illiyinə həsr olunan sərgi nümayiş olunub.

Sərgi zamanı rəssamın əsərlərində toxunduğu mövzular haqqında məlumat verilib.Qeyd olunub ki, Əzim Əzimzadənin yaradıcılığının əsas mövzusunu sosial təzadlar, adət-ənənələr və xalqın məişəti təşkil edib.

Daha sonra məktəbin şagirdləri Əzim Əzimzadənin yaradıcılığından ilhamlanaraq onun karikaturaları əsasında çəkdikləri rəsmləri təqdim ediblər.

Baxış sayı: 29