XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2025 09:07

Dekabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Xalq rəssamı,  Əməkdar incəsənət xadimi Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub.

Əvvəlcə rəssamın həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Elmira Şaxtaxtinski daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur.

Daha sonra sərgi təqdim edilib. Sərgidə rəssamlıq şöbəsinin şagirdləri əsasən sənətkarın “Azərbaycan qədim mədəniyyət diyarıdır” silsiləsindən olan əsərlərini təsvir ediblər.

Sərgi 23 dekabr tarixinədək davam edəcək.

Baxış sayı: 16