XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2025 10:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var " layihəsi çərçivəsində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Aparıcı görüşü açıq elan edərək, bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə məlumat verib. Bildirib ki, Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib. Bəstəkar iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə musiqilər yazıb.

Görüş ərzində tamaşaçı sualları cavablandırılıb, müğənni Leyla Rəhimova Cavanşir Quliyevin bəstələdiyi mahnıları ifa edib.

Baxış sayı: 31