XƏBƏRLƏR
MƏLUMAT
Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2025 09:20

Dekabrın 23-də Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən media nümayəndələri üçün təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib.

Layihənin məqsədi milli mədəni irsin təbliği, ənənə və müasirliyin vəhdətinin nümayişi, ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsindən ibarətdir.

Peşəkar rəssam Məhərrəm Əlinin keçdiyi ustad dərsində iştirakçılara milli ornamentlərin, ənənəvi rəng həllərinin və Azərbaycan təsviri sənətinə xas motivlərin tətbiqi barədə məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.

Ustad dərsi çərçivəsində media nümayəndələri rəsmlər çəkərək qabiliyyətlərini ortaya qoymağa çalışıblar. İştirakçılara öz ideyalarını ifadə etmək üçün hər cür şərait yaradılıb.

Məhərrəm Əli yaradıcılıq prosesində diqqət edilməli məqamlar barədə öz tövsiyələrini verib.

Baxış sayı: 27