XƏBƏRLƏR
MƏLUMAT
“Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 11:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Səma”  rəqs ansamblının “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konserti keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbirdə rəsmilər, mədəniyyət işçiləri, ziyalılar, rayon sakinləri iştirak ediblər.

Çıxış edənlər “Səma” rəqs  ansamblının mədəniyyətimizin təbliği və milli-mənəvi dəyərlər ruhunda formalaşmasında əhəmiyyətini vurğulayıblar. Qeyd ediblər ki, ansambl yarandığı gündən səhnə mədəniyyətinə, peşəkarlığa və yüksək ifaçılıq səviyyəsinə xüsusi önəm verib, hər çıxışı ilə tamaşaçıların rəğbətini qazanıb. Onların repertuarında milli rəqslər, folklor elementlər və səhnə kompozisiyaları xüsusi yer tutur.

Daha sonra “Səma” rəqs ansamblının ifasında Azərbaycanın, eləcə də müxtəlif xalqların rəngarəng milli rəqsləri nümayiş olunub.

Baxış sayı: 459