XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2025 09:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib.

İlk olaraq unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Konsertdə Gülağa Məmmədovun repertuarında olan "Dinə bilmədim", "Ağ çiçək", "Nargilə", "Qurban adına", "Söz olmasaydı", "Haralısan", "Şirin dil" və digər mahnılar məktəbin müəllim və şagird heyəti tərəfindən uğurla ifa olunub.

Sonda unudulmaz sənətkarın bacısı Dilarə Məmmədova çıxış edərək Gülağa Məmmədov ilə xatirələrindən danışıb və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Baxış sayı: 19