XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2025 14:11

Azərbaycan Respublikası ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunub.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov 2026-cı ildə keçiriləcək XVI Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətinin üzvü kimi seçilib.

Qeyd edək ki, festivalın münsiflər heyəti dünya miqyasında tanınmış sənət, mədəniyyət və sirk xadimlərindən formalaşıb.Heyətdə fəxri münsif qismində əfsanəvi sənətkar Çarli Çaplinin oğlu Yucin Çaplin də təmsil olunur.

Avropanın ən nüfuzlu sirk sənəti platformalarından biri hesab olunan bu festivalda Azərbaycanın münsiflər heyətində təmsil olunması ölkəmizin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsinin və peşəkar ekspertizasının tanınmasının növbəti göstəricisidir. Bu iştirak mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq mədəni dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Baxış sayı: 305