XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2025 15:12

Bu il filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mahirə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Mahirə xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Professor Mahirə Hüseynovanın filologiyamızın inkişafında rolu”, “Çağdaş poeziyamızda zərif meh səsi. Mahirə Nağıqızının bədii yaradıcılığı haqqında düşüncələr”, “Poeziya zəfərin təntənəsi kimi” məqalələrin tam mətni yer alır.

Elektron bazada Mahirə Hüseynovanın yaradıcılıq nümunələrinin, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı, layihə rəhbəri olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.

Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Professor_Mahire_Huseynova_el_melumat_bazasi/index.html yerləşdirilib.

 

Baxış sayı: 16