XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
05/01/2026 17:05

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il yanvarın 23-də, saat 10:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il yanvarın 17-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 806