Azərbaycan Milli İncəsənət Muzeyində "Y. Pen, Y.Kruqer – Belarusda rəssamlıq təhsilinin baniləri" adlı sərginin açılışı olub. Sərgidə Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından olan rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, ekspozisiya XIX əsrin sonu – XX əsrin ortalarında yaradılmış 61 rəngkarlıq və qrafika əsərindən ibarətdir.
Sərgidə görkəmli belarus rəssamları Yuri Pen (1854–1937) və Yakov Kruqerin (1869–1940) bədii irsi, eləcə də onların tələbələrinin əsərləri təqdim olunub. Onların arasında dünya şöhrətli Mark Şaqal və Mixail Kikoin, Belarus SSR-in Xalq rəssamı İvan Axremçik, habelə məşhur sovet və belarus rəssamları və qrafikləri – Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç və başqaları yer alıb. Onların yaradıcılığı Belarus milli incəsənət məktəbinin “portretinin” formalaşmasına təsir göstərən müxtəlif bədii istiqamətləri özündə əks etdirir.
Yuri Penin 170 illiyi və Yakov Kruqerin 155 illiyinə həsr olunmuş sərgi 2024-cü ildə Belarusun mədəni həyatında mühüm hadisələrdən biri olub.
Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunları olan Yuri Pen və Yakov Kruqer müasir Belarusda peşəkar rəssamlıq təhsilinin əsasını qoyan rəssam-pedaqoqlardır. Onlar Vitebsk və Minskdə özəl rəsm və rəngkarlıq məktəbləri təsis ediblər. Bir çox tələbələri üçün ilk və ən önəmli müəllim olaraq, onların formalaşmasında və inkişafında mühüm rol oynayıblar.
Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova jurnalistlərlə söhbətində bu tədbirin əhəmiyyətini vurğulayıb: "Bu layihənin həyata keçməsindən böyük məmnunluq duyuruq. Bu, həqiqətən də mühüm bir hadisədir," – deyə o bildirib. "Biz 2024-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Əməkdaşlıq Memorandumu imzalamışıq. Dərhal sərgi və mübadilə layihələri planlaşdırdıq, bu gün artıq bu ideyaları gerçəyə çevirməyə başlayırıq".
Kononovanın sözlərinə görə, aprel-may aylarında Azərbaycan Milli İncəsənət Muzeyinin sərgisi Belarus Milli İncəsənət Muzeyində təqdim ediləcək.
“Biz bu gün beynəlxalq miqyasda əhəmiyyətli bir hadisənin şahidi oluruq. İlk dəfə olaraq, muzeyimizin ən nadir kolleksiyasını, daimi ekspozisiyamızda olan birinci dərəcəli əsərləri Azərbaycanda nümayiş etdiririk", – deyə muzey direktoru vurğulayıb.




- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur