
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin bu ölkədə kütləvi tədrisi ilə bağlı memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Gənclərlə İşlər Agentliyi “İbrət fərzəndləri” layihəsinin rəhbəri Rustam Qoriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.
Qonaqları qəbul edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin tarixi, fəaliyyəti və missiyası barədə geniş məlumat verərək Özbəkistanda Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğinə, habelə, Azərbaycan dilinin tədrisinə böyük əhəmiyyət verdiklərini və bu sahədə onlarla əməkdaşlıq etmək istəyən təşkilatlara da dəstək olmaq üçün hazır olduqlarını bildirib.
“İbrət fərzəndləri” layihəsinin rəhbəri Rustam Qoriyev də öz növbəsində Azərbaycan Mədəniyyət Mərkəzinə ziyarətlərindən məmnunluq duyduqlarını və gələcəkdə də bir çox sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Özbəkistan Gənclərlə İşlər Agentliyinin “İbrət fərzəndləri” layihəsi haqqında məlumat verən Rustam Qoriyev layihəyə yaxından dəstək və maraq göstərdiklərinə görə Samir Abbasova öz təşəkkürünü bildirib.
Bundan əlavə görüş zamanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında həmkarlıq çərçivəsində birgə tədbirlərin, yay-qış düşərgələrinin, ustad dərslərin, sərgi və yarışların, bilik olimpiadalarının, təhsil, mədəniyyət sahəsində layihələrin, ölkələrimizin gənclər siyasətinin dəstəklənməsi və s. bir çox sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib, bir çox məsələlər üzrə razılıqlar əldə olunub və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb.
Görüş zamanı “İbrat farzandlari” layihəsinin rəhbəri Rustam Qoriyev Azərbaycan-Özbəkistan mədəni, ədəbi əlaqələrinin möhkəmləmndirilməsi sahəsindəki fəaliyyətinə görə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanla təltif olunub və nümayəndə heyətinə ilkin olaraq Azərbaycan dilinin tədrisi üçün dərs vəsaitləri, lüğət və danışıq kitabları, bədii ədəbiyyatlar hədiyyə edilib.
Məlumat üçün bildirək ki, Özbəkistan Gənclərlə İşlər Agentliyi “İbrət fərzəndləri” layihəsi gənclərin aparıcı əcnəbi dillərə yiyələnməsi yutub kanalında yaradılmış böyük bir platformadır.
2022-ci ildə yaradılan novator layihə sayılan “İbrat farzandlari” layihəsi xarici dilləri pulsuz, sadə və yaradıcı şəkildə öyrətmək məqsədi daşıyır. Layihədə qısa müddət ərzində müxtəlif dillərdə biliklərə yiyələnmək istəyənlər üçün əlverişli şərait yaradılmış və hər dil üzrə yutubda yerləşdirilmiş videolar vasitəsilə xüsusi proqram əsasında tədris olunur.
Qeyd edək ki, Özbəkistanda “İbrat farzandlari” layihəsinə qısa müddət ərzində 410 mindən çox tələbə və gənc qoşulub. Hazırda sözügedən tətbiqdən 354 minə yaxın gənc istifadə edir. Burada tələbələr onlayn və oflayn dərslərə qoşula bilir, eyni zamanda, interaktiv şəkildə dil səviyyələrini daim yoxlaya, biliklərini möhkəmləndirə test və tapşırıqları yerinə yetirə, lüğət ehtiyatlarını da artıra bilirlər. Bu yolla proqram istifadəçinin dil biliklərinin müvafiq səviyyəsində dərslər və testlər tövsiyə edir.
Hazırda layihə çərçivəsində Azərbaycan, Koreya, alman, yapon, ingilis, türk, çin, rus, ispan, fransız, ərəb, fars, urdu, hind, malay, puştu dilləri də daxil olmaqla 25-dən artıq əcnəbi dil tədris olunur.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi layihəyə dəstək məqsədilə tədris vəsaitləri, lüğətlər, danışıq kitabları, audio-video disklər, dil biliklərini möhkəmləndirmək üçün Azərbaycan dilində olan ədəbiyyatları “İbrat farzandlari” layihəsinə hədiyyə edib, proqram və tədrisin təşkilinə yaxından köməklik göstərməkdədir.
Layihədə Azərbaycan dilini öyrənmək istəyənlər link vasitəsi ilə daxil ola bilərlər.



- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub