XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan İstanbulda II Türk Dünyası Filmləri Həftəsində təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2019 07:45

Dekabrın 17-də İstanbulda II Türk Dünyası Filmləri Həftəsinə start verilib. Ölkəmiz tədbirdə 2014-cü ildə ekranlaşdırılmış “Axınla aşağı” filmi ilə təmsil olunur. Ekran əsərinin rejissoru Asif Rüstəmovdur.

AZƏRTAC xəbər verir ki, Türk Dünyası Jurnalistlər Federasiyası, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan film həftəsi çərçivəsində Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və başqa ölkələrin filmləri nümayiş olunacaq.

Tədbir dekabrın 19-dək davam edəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri. İstanbul

 

 

Baxış sayı: 43527