XƏBƏRLƏR
MƏLUMAT
44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2024 12:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiterror əməliyyatı ilə bağlı məlumat verərək, şəhidlik zirvəsinə ucalmış igidlərimizdən və Vətən uğrunda fədakarlıq göstərən, öz sağlamlığını qurban vermiş qazi və veteranlarımızın şücaətindən danışıblar.

Sonda şair Telli Sənəm “44 gün+23 saat” adlı kitabını kitabxanaya hədiyyə edib.

Baxış sayı: 156