XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı-Əsrin faciəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2023 07:17

Fevralın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Xocalı-Əsrin faciəsi” adlı tədbir keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotostendlər və kitablar haqqında geniş məlumat verilib.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin ən dəhşətlı və faciəli səhifələrindən olan Xocalı soyqırımına bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayət kimi yanaşmasından bəhs edilib, erməni vandallarının Azərbaycan xalqını 200 il ərzində davamlı olaraq etnik təmizləmə-soyqırım siyasətinə məruz qoymasından , onların törətdikləri ağlasığmaz vəhşiliklərindən danışılıb.

Sonda “Xocalı qan yaddaşımız” adlı sənədli film nümayiş olunub.

Baxış sayı: 221