Azərbaycanın Xalq artisti, qaboy ustası, bəstəkar və pedaqoq Kamil Cəlilov dünyasını dəyişib.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. O, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin solisti olub. Kamil Cəlilov dəfələrlə ölkəmizi onun hüdudlarından kənarda keçirilən müsabiqələrdə uğurla təmsil edərək mükafatlara layiq görülüb.
Kamil müəllim həmçinin Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan Ulduzu” instrumental ansamblının solisti olub.
1977-ci ildə Kamil Cəlilovun çaldığı “Çahargah ahəngi” (bəzən o “Muğam” da adlandırılır) kompozisiyası UNESCO tərəfindən Voyaçer qızıl plastinkasına daxil edilib və digər əsərlərlə birlikdə yadplanetliləri Yer planetinin musiqi dünyası ilə tanış etmək məqsədilə kosmosa göndərilib.
"Bayatı Kürd", "Segah”, "Zəminxara", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Hümayun", "Qarabağ şikəstəsi", "Kəsmə Şikəstə" muğamları Kamil Cəlilovun ifaçılıq sənətinə bəxş etdiyi dəyərli incilərdir. "Rahab", "Yanıq Kərəmi", "Kəsməşikəstə", "Simayi-şəms", "Baş sarıtel”, "Cəlili" və bu kimi musiqi nümunələrini özünün tərzində ifa edərək qoboy alətində Şərq musiqisinin özünəməxsus səslənməsinə nail olub.
Onun ifasında "Apardı sellər Saranı", "Sarı bülbül" və birsıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənib. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun "Çar Soltan haqqında nağıl" operasından "Arının uçuşu", Üzeyir Hacıbəylinin "Firuzə" operasından "Firuzənin ariyası", Fikrət Əmirovun "Mən səni araram", "Göygöl" mahnıları, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən bir sıra fraqmentlər səslənərək, dinləyicilərin yaddaşına əbədi həkk olunub.
1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri zamanı xalqın kədərinin və faciənin dərinliyinin musiqi dili ilə ifadəsi idi.
1985-ci ildə Dağıstan Bəstəkarlar İttifaqının plenumunda bəstəkar Maqomed Hüseynov Kamil Cəlilova həsr etdiyi "Qoboy və simfonik orkestr üçün konserti"ni səsləndirib. Ümumittifaq radiosunda Kamil Cəlilovun 45 dəqiqəlik çıxışı lentə yazılıb. Lent yazısına "Arşın mal alan", "Çahargah ahəngi", "Şirvan şikəstəsi", "Sarı gəlin", "Məhəbbət təranəsi", "Əfqan melodiyaları" və başqa musiqi parçaları daxil edilib.
1997-ci ildə "Azərbaycantelefilm” tərəfindən Kamil Cəlilov haqqında sənədli televiziya filmi çəkilib.
2017-ci ildə Səadət Təhmirazqızı Kamil Cəlilovun həyatından bəhs edən "Kamilin sənət dünyası" kitabını nəşr edib.
2018-ci ildə ustad sənətkarın 80 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində yubiley gecəsi keçirilib.
Allah rəhmət eləsin.
- 17:27 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 16:52 “Hadrut sən azadsan!” filmi nümayiş olunub
- 11:48 Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
- 11:16 Görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub
- 10:35 Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
- 09:27 Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
- 09:19 Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
- 12:47 Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
- 11:50 Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib
- 10:57 Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
- 09:21 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
- 15:43 Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:40 Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub
- 12:03 Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
- 10:57 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb
- 10:52 Vokal ixtisası üzrə ustad dərsi
- 10:19 "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
- 09:48 İstanbuldakı Türkiyə-Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib
- 09:39 Moskvada "İRS-Miras" jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:31 “Çikaqo” müzikli ХХ Bakı Caz Festivalının məğzi olacaq
- 17:09 208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil olunub
- 16:15 Dövlət Akademik Filarmoniyasının kollektivi Şanxay Beynəlxalq İncəsənət Festivalında çıxış edib
- 15:00 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
- 14:18 Dövlət Uşaq Filarmoniyasının Çanaqqala Barış Xoru ilə birgə konserti
- 12:25 Milli Kitabxanada “Süleyman Sani Axundov – 150” adlı sərgi açılıb
- 11:30 İstiqlalçılıq və türkçülük timsalı - Xəlil Rza Ulutürk
- 09:20 Üzeyir Hacıbəyli haqqında biblioqrafik nəşrin və elektron toplunun təqdimatı
- 14:44 “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib
- 13:51 Klarnet ixtisası üzrə ustad dərsi
- 12:58 Rəqs ixtisası üzrə ustad dərsi
- 12:54 Xırdalanda fortepiano ixtisası üzrə ustad dərsi
- 12:47 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 11:10 Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
- 09:20 “Səbrin intiqamı” kitabının təqdimatı olub
- 09:18 Avstriya mətbuatında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə məqalə dərc olunub
- 08:29 "Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib
- 08:10 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
- 07:52 18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
- 17:03 Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib
- 15:21 Saz ixtisası üzrə ustad dərsi
- 14:19 Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 09:04 Vaşinqtonda Azərbaycan kəlağayılarına həsr olunmuş tədbir keçirilib
- 08:57 Yazıçı-dramaturq Əli Əmirlinin növbəti kitabı “Cənnət qapıları”
- 17:03 “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
- 15:42 “Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
- 11:16 Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb
- 10:10 Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 “Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb
- 09:16 Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
- 16:22 “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
- 16:16 “Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
- 15:08 “Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir” adlı tədbir keçirilib
- 12:19 Xanəndəlik ixtisası üzrə ustad dərsi
- 12:00 Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
- 10:52 Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
- 09:17 Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb