XƏBƏRLƏR
MƏLUMAT
“Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2025 16:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş "Misralarda yaşayan ömür” adlı tədbir keçirilib.

Tədbirdə şair və yazıçılar, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri, 193 və 39 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan aparıcı görkəmli şair Fikrət Qocanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbir çərçivəsində ədəbi müzakirələr aparılıb və qeyd olunub ki, bu kimi tədbirlərin keçirilməsi Fikrət Qoca kimi sənətkarların xatirəsini yaşatmaq və onların yaradıcılığını yeni nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda ədibin yaradıcılığından nümunələr səsləndirilib, videoçarx nümayiş etdirilib və şairin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 34