
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri davam edir.
Oktyabrın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov açılış nitqində kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasını əlamətdar hadisə kimi dəyərləndirib, iki ölkə arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini deyib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov son illərdə iki ölkə arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin bu mənada böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov Azərbaycanda türkmən ədəbiyyatına və mədəniyyətinə olan geniş maraq və diqqətdən məmnunluğunu bildirib. O, Milli Kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasına görə kitabxananın rəhbərliyinə təşəkkür edib. Nazir müavini həmçinin guşənin yeni nəşrlərlə davamlı zənginləşdirilməsi üçün addımlar atılacağını deyib.
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycanda Türkmənistan ədəbiyyatı ilə bağlı aparılan araşdırmalardan söz açıb, Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi və mütəfəkkiri Məxtimqulu Fəraqi adına mərkəzin fəaliyyət göstərdiyini bildirib.
Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Qurban Elyasov ədəbiyyat və mədəniyyəti xalqlarımız arasında etibarlı körpü kimi səciyyələndirib. Diplomat yaxın gələcəkdə Türkmənistan Milli Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, qardaş ölkənin tanınmış şair və tərcüməçiləri – Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurat Rəcəbov, “Türkmənistan” qəzetinin xüsusi müxbiri İsmayıl Taqanov, “Nəsil” qəzetinin məsul katibi Orazmurat Muradov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məxtimqulu Fəraqi adına türkmən ədəbiyyatı mərkəzi”nin rəhbəri filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və başqaları çıxış ediblər.
Çıxışlarda iki ölkə arasında ədəbi əlaqələrin daha da genişləndirilməsi üçün bədii əsərlərin qarşılıqlı olaraq qardaş xalqların dillərinə uyğunlaşdırılması və nəşri ilə bağlı görülmüş işlərdən danışılıb, fikir mübadiləsi aparılıb.





- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb
- 10:22 Balaban ixtisası üzrə ustad dərsi
- 10:11 Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb
- 09:45 Azərbaycanın mədəni irsi Sofiyada təqdim edilib
- 09:14 Violin ixtisası üzrə ustad dərsi
- 09:12 Paytaxt 20-ci “Baku Jazz Festival”ına hazırlaşır
- 16:56 Fortepiano ixtisası üzrə ustad dərsi
- 15:29 Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
- 14:25 Kamança ixtisası üzrə ustad dərsi
- 14:12 Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı İlqar Fəhminin 50 illik yubileyi qeyd olunub
- 11:58 Daşkənddə Özbəkistan və Azərbaycanın ədəbi əlaqələrindən bəhs edən beynəlxalq konfrans təşkil olunub
- 11:23 Mədəniyyət naziri Adil Kərimli Xızıda vətəndaşları qəbul edəcək
- 09:57 Gələn il Bakıda “2-ci Uşaq Teatrı Festivalı” keçiriləcək
- 09:54 Türkmənistan Mədəniyyəti Günləri münasibətilə qardaş ölkənin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
- 09:15 Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub
- 16:50 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb
- 16:31 H.Abbasov adına Mədəniyyət Mərkəzində “Arşın mal alan” operettasının premyerası baş tutub
- 16:20 “Müasir kontekstdə muzey işi: muzeydə kommunikasiya və ziyarətçi xidməti” adlı treninq keçirilib
- 15:42 Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirilib
- 15:00 Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
- 12:30 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı kitab sərgisi açılıb
- 11:01 Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
- 09:53 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 86 ili tamam olur
- 16:34 Xalq artisti Əminə Yusifqızı vəfat edib
- 15:45 “Heydər Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:56 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib
- 14:49 Əməkdar rəssam, professor Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgisi açılıb
- 12:17 TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
- 12:16 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 11:08 “Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb
- 09:22 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert
- 09:04 Akademik Opera və Balet Teatrının orkestri Omanda çıxış edəcək
- 17:16 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan etdi
- 15:46 Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərgi açılıb
- 14:07 “Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
- 10:09 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir
- 09:59 “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində açıq dərs keçirilib
- 09:55 Ustad dərsləri keçiriləcək
- 16:56 Milli Konservatoriyada Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib
- 15:55 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsinin yekun turu keçirilib
- 15:51 Şəhid polkovnik-leytenant Mehman Qənbərova həsr olunmuş tədbir keçirilib
- 12:01 “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində təqdim edilmiş layihə təkliflərinin ilkin seçimi və qiymətləndirilməsi başa çatmışdır
- 09:37 C. Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 09:23 Qazaxıstan mətbuatında Üzeyir Hacıbəylinin 140-cı ildönümü ilə əlaqədar məqalə dərc olunub
- 09:17 Aktauda keçirilən Türk Dünyası Film Festivalında azərbaycanlı ssenarist və aktyor mükafatlandırılıb
- 15:59 Türkiyədə “Suverenliyimizə qovuşduran şanlı Zəfər” adlı sərgi keçiriləcək
- 12:33 Zirə qəsəbə Mədəniyyət Mərkəzi Şəki rayonunda tədbir təşkil edib
- 10:29 Bu gün Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür
- 13:05 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günüdür
- 13:48 5 Oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib
- 18:23 “Heydər Əliyevin prezident seçilməsi: sabitlik və tərəqqi dövrü” mövzusunda mühazirə dinlənilib
- 16:40 “Tarixi seçim” mövzusunda dəyirmi masa keçirilib
- 14:41 “Müəllim ömrü- İşıqlı yol” adlı konsert proqramı təqdim edilib
- 14:32 “Tıq- tıq xanımın sərgüzəştləri” tamaşası nümayiş olunub
- 11:01 Yazıçı Vəli Həsənoğlunun “İldırım Dərəsi” adlı kitabının təqdimatı keçirilib
- 09:58 Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub
- 09:33 VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub