XƏBƏRLƏR
MƏLUMAT
“Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2025 16:22

Oktyabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, elm xadimləri, rayon müəssisələrinin əməkdaşları və məktəblilər iştirak ediblər.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Çıxışçılar ölkəmizin müstəqilliyinin qorunmasında Konstitusiyanın rolundan, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunun hüquqi əsaslarının yaradılmasındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirərək dövlətçiliyin, suverenliyin və vətəndaş rifahının möhkəmlənməsinə yönəlmiş ardıcıl islahatlar həyata keçirir. Onun rəhbərliyi ilə qəbul edilən qərarlar müasir Azərbaycan dövlətinin inkişaf strategiyasını və milli dəyərlərə sadiqliyini daha da gücləndirir.

Tədbirin sonunda iştirakçılar Mərkəzin foyesində təşkil olunan kitab sərgisinə baxış keçiriblər.

Baxış sayı: 46