XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
15/10/2025 12:00

Milli Kitabxanada Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Fazil Mustafanın cəmiyyət həyatının fərqli sahələrinə, tarixi şəxsiyyətlərə, dünya siyasətinə, Qarabağ uğrunda aparılan uğurlu savaşa və s. bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edən əsərləri, şeirləri, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son vaxtlar dövri mətbuatda dərc olunmuş, publisistik və elmi məqalələrindən ibarət toplular, Milli Məclisdəki çıxışları və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Baxış sayı: 29