Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə Vaşinqtonda yerləşən Amerika Universitetinin Katzen İncəsənət Mərkəzində kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutub.
AZƏRTAC-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş 10 tarixi və müasir kəlağayı, onların hazırlanmasında istifadə olunan ənənəvi naxışlı çap lövhələri, xam ipək materiallar və saplar sərgilənib.
Proqram çərçivəsində kəlağayı sənətinə dair hazırlanmış xüsusi videoçarx nümayiş olunub, bu mövzuya həsr edilmiş nəşrin təqdimatı keçirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim çıxış edərək təxminən 30 il bundan əvvəl müstəqilliyimizi bərpa etdikdə Azərbaycan haqqında çox adamın məlumatlı olmadığını deyib və bu gün ölkəmizin bir sıra qlobal proseslərin mərkəzində olduğunu qeyd edib. Səfir həm müstəqilliyin, həm də kəlağayının, həm də malik olduğumuz bütün sərvətlərin bir-birinə bağlı olduğunu vurğulayıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova 2014-cü ildə kəlağayı sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrsi siyahısına daxil edildiyini bildirib. Onun sözlərinə görə, kəlağayı yalnız xanımların qarderobunda olan gözəl bir əşya və ya yalnız bir tətbiqi sənət nümunəsi deyil, xalqımıza məxsus dərin fəlsəfədir. Kəlağayı nəsildən nəslə ötürülən yaddaş qoruyucusudur. Əminə Məlikova ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının Vaşinqtonda nümayiş olunduğunu deyərək, 18-ci əsrin sonu, 19-cu və 20-ci əsrin əvvəlinə aid olan çox nadir ənənəvi kəlağayıların sərgiləndiyini vurğulayıb.
Amerikalı alim Pol Teylor kəlağayının Azərbaycan və onun milli kimliyi üçün böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, 1991-ci ildən sonra isə bu, Azərbaycan üçün daha da vacib olub. O qeyd edib ki, kəlağayın simvolları və ya motivləri müasir sənət əsərlərində müxtəlif yollarla araşdırılır. Lakin alim ingilisdilli dünyada bu barədə çox bilinmədiyini vurğulayıb və buna görə də “Hali” jurnalında kəlağayı haqqında məqalə yazdığını əlavə edib. Onun sözlərinə görə, daha çox insan bu barədə məlumatlı olmalıdır.
Tədbirin bədii hissəsində isə Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın solo musiqi proqramı təqdim olunub. Konsertdə Üzeyir Hacıbəylinin “Cəngi” əsəri, Lala Cəfərovanın Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzuları əsasında bəstələdiyi “Fantaziya”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Faiq Sücəddinovun “Vətən balladası”, həmçinin Azərbaycanın sevilən xalq mahnısı “Sarı gəlin” səsləndirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton



- 17:27 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 16:52 “Hadrut sən azadsan!” filmi nümayiş olunub
- 11:48 Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
- 11:16 Görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub
- 10:35 Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
- 09:27 Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
- 09:19 Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
- 12:47 Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
- 11:50 Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib
- 10:57 Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
- 09:21 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
- 15:43 Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:40 Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub
- 12:03 Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
- 10:57 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb
- 10:52 Vokal ixtisası üzrə ustad dərsi
- 10:19 "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
- 09:48 İstanbuldakı Türkiyə-Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib
- 09:39 Moskvada "İRS-Miras" jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:31 “Çikaqo” müzikli ХХ Bakı Caz Festivalının məğzi olacaq
- 17:09 208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil olunub
- 16:15 Dövlət Akademik Filarmoniyasının kollektivi Şanxay Beynəlxalq İncəsənət Festivalında çıxış edib
- 15:00 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
- 14:18 Dövlət Uşaq Filarmoniyasının Çanaqqala Barış Xoru ilə birgə konserti
- 12:25 Milli Kitabxanada “Süleyman Sani Axundov – 150” adlı sərgi açılıb
- 11:30 İstiqlalçılıq və türkçülük timsalı - Xəlil Rza Ulutürk
- 09:20 Üzeyir Hacıbəyli haqqında biblioqrafik nəşrin və elektron toplunun təqdimatı
- 14:44 “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib
- 13:51 Klarnet ixtisası üzrə ustad dərsi
- 12:58 Rəqs ixtisası üzrə ustad dərsi
- 12:54 Xırdalanda fortepiano ixtisası üzrə ustad dərsi
- 12:47 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 11:10 Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
- 09:20 “Səbrin intiqamı” kitabının təqdimatı olub
- 09:18 Avstriya mətbuatında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə məqalə dərc olunub
- 08:29 "Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib
- 08:10 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
- 07:52 18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
- 17:03 Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib
- 15:21 Saz ixtisası üzrə ustad dərsi
- 14:19 Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 09:04 Vaşinqtonda Azərbaycan kəlağayılarına həsr olunmuş tədbir keçirilib
- 08:57 Yazıçı-dramaturq Əli Əmirlinin növbəti kitabı “Cənnət qapıları”
- 17:03 “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
- 15:42 “Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
- 11:16 Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb
- 10:10 Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 “Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb
- 09:16 Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
- 16:22 “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
- 16:16 “Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
- 15:08 “Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir” adlı tədbir keçirilib
- 12:19 Xanəndəlik ixtisası üzrə ustad dərsi
- 12:00 Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
- 10:52 Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
- 09:17 Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb