XƏBƏRLƏR
MƏLUMAT
Vətən müharibəsi qazisi İdrak Abışovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2021 02:58

Oktyabrın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filial ilə birlikdə Vətən müharibəsi qazisi İdrak Valeh oğlu Abışovla görüşüblər.

Görüş zamanı cəsur döyüşçü döyüş yolundan, silahdaşlarından danışıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, qazi İdrak Abışov Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında xüsusi xidmətlər göstərib. Zəngilan rayonu uğrunda gedən ağır döyüşlərdə xəsarət alaraq sağ ayağını itirib və hələ də bədəninin müxtəlif yerlərində qəlpələr var. Lakin buna baxmayaraq, cəsur döyüşçü sağlamlığı imkan verərsə yenə də hərbi xidmətə davam etmək arzusunda olduğunu bildirib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında, ən mürəkkəb və uğurlu əməliyyatları həyata keçirən “N” saylı hərbi hissənin tərkibində döyüşlərə qatılmasından qürur duyduğuni bildirən qazimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Baxış sayı: 671