XƏBƏRLƏR
MƏLUMAT
“Unutmarıq Şəhidim” rubrikasında Elnur Həsənov
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2022 00:52

Elnur Elman oğlu Həsənov 1992- ci il sentyabr ayının 15-də Ağstafa şəhərində anadan olub. 1999-2010- cu illərdə Ağstafa şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Elnur Həsənov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, həmin illərdə kiçik çavuş, manqa komandiri kimi fəaliyyət göstərib.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Həsənov 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Həsənov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Həsənov Elnur Elman oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 506