XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2023 06:34

Aprelin 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının  iştirakı ilə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Qonaqlar öncə Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin bələdçiləri tərəfindən qonaqlara “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və  fəaliyyətini özündə əks etdirən eksponat və fotoşəkillər haqqında geniş məlumat verilib.

Qonaqlar Mərkəzin “Kitabxana  və  İnformasiya  Texnologiyaları”  bölməsi ilə tanış olublar.

Tədbirdə bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi  şəxsiyyətin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən  danışılıb, ümummilli lider Heydər Əliyevin  əziz  xatirəsinin  Azərbaycan  xalqının  qəlbində  əbədi yaşayacağı bildirilib.

Sonda  Ulu Öndərə  həsr  olunmuş  “Xalqa bağışlanan ömür”  adlı film  nümayiş  olunub.

Baxış sayı: 326