Tahir Abdulla oğlu Abdullayev 25 avqust 1915-ci ildə Naxçıvan şəhərində anadan olub. Atası gənc yaşlarında vəfat edib, ailənin dörd övladı – iki qız və iki oğlan anaları Surə xanımın himayəsi ilə böyüyüblər.
Tahir Abdullayev 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır.
1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan Tahir Abdullayev 1941-1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944-1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə "Qafqazın müdafiəçisi" medalı ilə təltif olunur.
1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan Tahir Abdullayev 1992-ci ilə qədər - 41 il burada fəaliyyət göstərir.
Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir Abdullayev, 1993-cü ildən ömrünün sonunadək "Bakıdövlətlayihə" institutunda əmək fəaliyyətini davam etdirib.
"Azərbaycan" mehmanxanasının binası, Sumqayıt şəhərinin Baş planı və bir sıra diğər layihələri ilə milli memarlığımızın inkişafına verdiyi töhfələrə görə Tahir Abdullayev iki dəfə SSRİ Nazirlər Soveti tərəfindən Dövlət mükafatına layiq görülüb, "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. 1964-cü ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi”, 1979-cu ildə “Azərbaycan Respublikasının Əməkdar memarı” fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Paytaxt Bakıdan başqa, respublikamızın bütün şəhərlərinin baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar, məktəb və uşaq bağçaları, yaşayış və s. binaların yeni layihələri və bərpa planları bu institutda işlənib.
Tahir Abdullayev "Azərdövlətlayihə" İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusilə, milli kadrların inkişafı, əsl mütəxəssis kimi yetişməsi üçün əlindən gələni əsirgəmir, onlara daim qayğı göstərib. Bu mühüm vəzifəni həyata keçirməkdən ötrü öz ətrafına təcrübəli memar və mühəndisləri toplayıb. Memarlardan Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov, Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və başqaları ustad memarlar nəslinin ön sıralarında addımlayıblar.
Tahir Abdullayev yüksək təşkilatçılıq bacarığına malik idi. Sifarişlərin operativ və vaxtında yerinə yetirilməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində institutun filiallarını yaradıb. Bu da regionlardakı obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasının sürətinə və keyfiyyətinə öz müsbət təsirini göstərib.
Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. "Ulkan" qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın - "Anqoya"nın da tikintisi bizim respublikaya həvalə olunub. "Anqoya"nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin "Sibqiprotrans" layihə institutunda işlənmiş və sifarişçi tərəfindən təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulub. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilib. Azərbaycan KP MK-nın göstərişi ilə "Anqoya" stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilib. Tikinti çox yüksək keyfiyyətlə həyata keçirilib. 2008-ci il iyulun 29-da "Anqoya" stansiyasına ulu öndər Heydər Əliyevin adı verilib.
Tahir Abdullayevin layihələri ilə paytaxtımızda və bölgələrimizdə tikilən sosial-mədəni obyektlər, inzibati binalar, məktəb və xəstəxana kompleksləri bu gün də xalqımıza xidmət edir. Heydər Əliyev adına İdman Sarayı, Milli Məclis, Milli Arxiv və Milli Dram Teatrının binaları, çoxsaylı yaşayış evləri Tahir Abdullayevin yadigarları kimi ona əbədi yaşamaq haqqı qazandırıb...
Tahir Abdullayev 5 yanvar 2004-cü ildə Bakıda vəfat edib.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib