XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 10:55

Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur

Mirzə Babayev Sənaye İnstitutunun memarlıq fakültəsində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müğənni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb.

Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. İfa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla yaddaşlara həkk olunub.

Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair.

Mirzə Babayev 2003-cü ildə vəfat edib.

 

Baxış sayı: 34