XƏBƏRLƏR
MƏLUMAT
Milli Mətbuatın 150 illiyi münasibətilə teatr sahəsində fərqlənən jurnalistlər mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2025 17:03

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov jurnalistləri peşə bayramı – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

O bildirib ki, teatr və mətbuat arasında hər zaman qarşılıqlı əməkdaşlıq və güclü əlaqə mövcud olub. Xalq artisti vurğulayıb ki, teatr cəmiyyətin güzgüsüdür, mətbuat isə bu güzgünü xalqa göstərən vasitədir.

Tədbirdə teatr sənətinin işıqlandırılmasında və təbliğində fəal olan media nümayəndələri “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərman ilə təltif olunublar.

Mükafat alanalar sırasında AZƏRTAC-ın da əməkdaşları olub.

Baxış sayı: 35