XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2025 12:45

İyulun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə rəsmilər, Vətən Müharibəsi Qəhrəmanları, şəhid ailələri, qazilər, H.Əliyev adına Ali Hərbi İnstitutun hərbiyyələri, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, Ulu Öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər.

Daha sonra tanınmış incəsənət ustaları Ulu Öndərə həsr edilmiş musiqi nömrələri ilə çıxış ediblər.

Sakinlər tərəfindən rəğbətlə qarşılanan konsertin sonunda atəşfəşanlıq olub.

 

Baxış sayı: 49