XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 12:00

Bu gün Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Əliyevin anadan olmasının 91-ci ili tamam olur.

Rasim Əliyev Azərbaycan Politexnik İnstitutunda memarlıq ixtisası üzrə təhsil alıb. O, “Azərdövlətlayihə” İnstitutunda, Bakı şəhərinin baş memarının birinci müavini və baş memarı vəzifələrində çalışıb, eyni zamanda, Azərbaycan Memarlar İttifaqının katibi olub.

Rasim Əliyev Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olub. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanıb. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri var.

Rasim Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləriilə təltif edilib.

Tanınmış memar 2021-ci ildə vəfat edib.

Baxış sayı: 29