XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2025 15:21

Milli Kitabxanada klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, professorun tədqiqatları, fotolar, alimin yaradıcılığı haqqında dövri mətbuatda çap edilən məqalələr və ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, dərslik və dərs vəsaitləri, transliterasiya və tərçümələri, elmi redaktor, tərtibçi və “Ön söz”ün müəllifi olduğu kitablar, həyatı və zəngin elmi yaradıcılığından, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən ədəbiyyatlar nümayiş olunur.

Baxış sayı: 26