XƏBƏRLƏR
MƏLUMAT
Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2025 11:31

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyir. Bundan sonra AKİ-nin bu dəstəyi “Kinosəyyah” proqramı vasitəsilə həya keçiriləcək.

Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, AKİ bu məqsədlə aidiyyəti orqanlara müraciət edib və əlavə vəsaitin cəlb edilməsində əzmlidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı həm kinomuzun beynəlxalq əlaqələrinin inkişafı, həm kinematoqrafçılarımızın peşə hazırlıqlarının artması üçün bu səfərləri mühüm sayır. Bu məqsədlə “Kinosəyyah” proqramının maliyyə resurslarının inkişafı üçün əzmlərini əsirgəməyəcək.

İttifaq 2024-2025-ci illərdə yeni Azərbaycan kinosunu beynəlxalq arenada təbliğ etmək üçün 21 nəfərin bilet xərclərini ödəyib. Çünki Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası AKİ-nin ümdə məqsədlərindən biridir.

AKİ bu tipli səfərləri 2019-cu ildən dəstəkləyir.

Baxış sayı: 62