XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
23/07/2025 12:33

Bu gün Xalq rəssamı, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur.

Maral Rəhmanzadə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Sucikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır.

Maral Rəhmanzadə 2008-ci ildə vəfat edib.

Baxış sayı: 35