XƏBƏRLƏR
MƏLUMAT
“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2025 16:28

Azərbaycan professional vokal sənətinin baniri, SSRİ Xalq artisti Bülbülün zəngin irsini yaşadan və bu ənənələri gənc nəslə ötürən “Bülbül vokal məktəbi” 2025–2026-cı tədris ili üzrə tələbə qəbulunu elan edib.

Məktəbdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 10–35 yaş aralığında musiqi təhsili olan şəxslər iştirak edə bilərlər. Namizədlər öz CV-lərini və ifalarının video yazılarını təqdim etməklə ilkin seçim mərhələsində iştirak edəcəklər. Birinci mərhələni uğurla keçən iştirakçılar növbəti mərhələyə – canlı dinlənilməyə dəvət olunacaqlar.

Qeyd edək ki, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə yaradılmış və onun rəhbərliyi ilə fəaliyyət göstərən “Bülbül vokal məktəbi” artıq üç ildir ki, Azərbaycanda yeganə və ilk ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb olaraq fəaliyyət göstərir.

Sənəd qəbulun iyulun 20dən başlayıb və avqustun 20-dək davam edəcək.

Əlavə məlumat və müraciət bu nömrə ilə - 010 317 18 97 əlaqə saxlaya bilərsiniz.

Baxış sayı: 177